Dəməşqdə bombalı hücum: 8 ölü, 20 yaralı
Tarix: 9-02-2016, 16:56 |
Çap et
Suriyanın paytaxtı Dəməşqin şimalında bir bazarda bombo dolu avomobil ilə hücum təşkil olunub.
Musavat.com xəbər verir ki, bu barədə məlumat SANA agentliyində yer alıb.
Məlumata görə, hadisə nəticəsində polis bölməsində olan 8 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.
Bəşər Əsədə qarşı olan qruplaşmalara yaxınlığı ilə tanınan və mərkəzi Londonda olan Suriya İnsan Haqları Təşkilatı da partlayışın baş verməsini təsdiqləyib.
Təşkilatdan verilən məlumata görə, hadisə bir bazar meydanında, polis bölməsinə yaxın bir yerdə baş verib.