Rusiya Suriyada etnik təmizləmə aparır - Əhməd Davudoğlu
Tarix: 9-02-2016, 12:41 | Çap et
Rusiya Suriyada etnik təmizləmə aparır - Əhməd Davudoğlu
"Rusiya Suriyada etnik təmizləmə aparır."

SalamNews-un “Haber7”yə istinadla verdiyi məlumata görə, bunu Türkiyənin Baş anziri Əhməd Davudoğlu bəyan edib.

Davudoğlu Türkiyənin Rusiyanı Balkan regionu, Orta Asiyada və Qafqazda rəqib olaraq görmədiyini bildirib: “Ümid edirəm ki, Rusiya şüurlu şəkildə düşünər, əlaqələri normal vəziyyətə döndərərik”.

Davudoğlu bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi Ukrayna böhranını kölgədə saxlamaq məqsədini güdürdü:

“Bütün dünya bunu görməlidir. Rusiyanın əməlinə fürsət verməmək üçün əlimizdən gələni edirik. Nədir Rusiyanın əməli? Etnik təmizləmə aparır. Bu çox açıqdır. Türkmənlər, ərəblər, kürdlər, sünnilər sürgün edilir. Məqsəd YPG və rejim üçün meydan yaratamaq. YPG tərəfində olmayan kürd də qovulur. Belə bir mənzərə qarşısında bütün dünya səssiz qalıb. Bütün yükü Türkiyə çiyinlərinə alıb, əlindən gələni edir".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net