Türkiyədə BTQ-nin tikintisi sürətləndirilib
Tarix: 9-02-2016, 12:21 |
Çap et
Türkiyənin Qars vilayətində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinin başa çatdırılması üzrə işlər sürətləndirilib.
Bunu Trend-ə vilayətin bələdiyyəsindən deyiblər.
Bələdiyyədən bildiriblər ki, dəmir yolunun tikintisi bu il başa çatacaq: "Hava şəraitinin yaxşılaşması ilə tikinti işləri daha da sürətlənəcək".
BTQ dəmir yolunun Türkiyə ərazisinə düşən hissəsinin uzunluğu 79 kilometrdir, bunun 58 kilometri Qars vilayətinin payına düşür.