Aktau limanında yüklərin rəsmiləşdirilməsi qaydası sadələşdirildi
Tarix: 9-02-2016, 11:03 | Çap et
Aktau limanında yüklərin rəsmiləşdirilməsi qaydası sadələşdirildi
Qazaxıstanın beynəlxalq Aktau limanında yüklərin rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları təsdiqlənib.

Virtualaz.org xəbər verir ki, bunu Qazaxıstanın “Atameken” Milli sahibkarlar palatasının mətbuat xidmətindən bildiriblər.

Hər bir nəqliyyat vasitəsinin limanda yoxlanması “bir pəncərə” prinsipi üzrə 2 dəqiqədən çox çəkməyəcək.

Nəzarətdən keçirilmənin sadələşdirilmiş proseduru yalnız əvvəlcədən gömrük-buraxılış məntəqəsinə daşınan mallar barədə məlumatın verildiyi nəqliyyat vasitələrinə tətbiq ediləcək.

Limanda sadələşdirilmiş qeydiyyat sisteminə keçidə ehtiyac Rusiyanın tətbiq etdiyi sanksiyalardan sonra türk mallarının Qazaxıstana nəqlinin Bakı limanından Aktau limanına həyata keçirilməsindən sonra yaranmışdı. Belə ki, bu istiqamətdə yük daşınmalarının həcmi əvvəlki vaxtlara nisbətən 10 dəfə artmış və qeydiyyat işlərinin sürətləndirilməsi tələb olunurdu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net