Baş direktora 200 milyon dollar bonus ödənildi
Tarix: 9-02-2016, 10:54 |
Çap et
Google şirkətinin baş direktoru Sundar Piçai illik 199 milyon dollar bonus alacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Google-un səhmlərinin məxsus olduğu Alphabet Inc. şirkəti olub. Amma Sundar Piçari həmin bonusu pul şəklində deyil, şirkətin səhmləri formasında (273 min səhm) alacaq.
Bununla da, Sundar Piçai tarixdə ən böyük bonus qazanan baş direktor hesab olunacaq.