Hava limanına minaatan mərmisi düşdü
Tarix: 9-02-2016, 10:45 |
Çap et
Türkiyənin Batman hava limanına naməlum istiqamətdən iki ədəd minaatan mərmisi düşüb.
Axra.az xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Əraziyə təhlükəsizlik briqadaları göndərilib. Araşdırma aparılır.
Qeyd edək ki, Batman PKK terrorçularının hədəf seçdiyi əsas vilayətlərdən biridir.