Azərbaycan XİN rəhbəri GUAM-ın baş katibini qəbul edib
Tarix: 8-02-2016, 18:22 | Çap et
Azərbaycan XİN rəhbəri GUAM-ın baş katibini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevi qəbul edib.
XİN-dən APA-ya verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

E. Məmmədyarov hazırda GUAM sədr ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net