Lenta.ru-nun baş redaktoru dəyişdi
Tarix: 8-02-2016, 17:47 | Çap et
Lenta.ru-nun baş redaktoru dəyişdi
Rusiyanın Lenta.ru portalının baş redaktoru dəyişib.

Novator.az xəbər verir ki, bu postu Aleksandr Belonovski tutub.

Belonovski son iki ildə baş redaktorun birinci müavini idi.

Lenta.ru-nun baş redaktoru postunu tərk edən Aleksey Qoreslavski “Rambler&Co” şirkətinin media qrupu üzrə icraçı direktoru postuna təyinat alıb. O, Lenta.ru, Qazeta.ru portalları da daxil olmaqla bir neçə media layihəsinin biznesinə rəhbərlik edəcək.

Yeni baş redaktor Belonovski Rusiyanın müxtəlif regional və federal KİV-lərində, o cümlədən “Moskovski komsomolets” qəzeti, “İnterfaks” və RBK agentliklərində çalışıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net