Bakıda və Abşeronda mənzil oğruları saxlanılıb
Tarix: 8-02-2016, 17:00 | Çap et
Bakıda və Abşeronda mənzil oğruları saxlanılıb
Bakıda və Abşeronda mənzillərdən oğurluq edən şəxslərsaxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının 6-cı mikrorayon ərazisində yerləşən mənzillərin birindən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman, oğurluq məqsədi ilə həmin evə daxil olmuş Sumqayıt şəhər sakini Əfsanə Muxtarova saxlanılaraq ərazi üzrə 7-ci Polis Bölməsinə təhvil verilib.

Digər bir hadisə isə Abşeron rayonunda baş verib. Gecə saatlarında Mərkəzi Mühafizə Məntəqəsinə Göradil qəsəbəsindəki bağ evindən daxil olan “həyəcan” siqnalı əsasında idarənin tutucu qrupunun əməkdaşları hadisə yerinə yollanıb.

Baxış zamanı pəncərənin dəmir barmaqlıqların sındırıldığı və açıq olduğu aşkar edilib. Polis əməkdaşlarının çevikliyi sayəsində qarət məqsədi ilə mənzilə daxil olan iki nəfər zərərsizləşdirilərək ərazi üzrə müvafiq polis bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı həmin şəxslərin Qubad İbadov və əvvəllər məhkum olunmuş Mirhəşim Seyidov olduğu məlum olub. M.Seyidovun üzərindən uzunluğu 35-50 sm olan bıçaq və narkotik maddə aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net