«Neft yenidən ucuzlaşa bilər»
Tarix: 8-02-2016, 16:21 |
Çap et
«Neftin ötən günlərlə müqayisədə nisbətən bahalaşmasına informativ faktorlar təsir göstərib. Əsasən də, iki iri neft ixracatçısı olan Rusiya və Səudiyyə Ərəbistanının hasilatın azaldılması barədə mesajlarından sonra qiymət təxminən 7 dollar artdı».
Bu fikirləri hafta.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Onun sözlərinə görə, hazırda neftin qiyməti 34 dollar ətrafında dövr edir.
Amma ekspert deyib ki, təxminən 4-5 gün sonra neftin qiymətinin təqribən 3 dollar yenidən aşağı düşməsi gözlənilir: «Çünki 4-5 gündən sonra artıq İran neftinin ilk partiyası alıcılara çatdırılacaq. Yəni, bunun birjalara neqativ təsiri olacaq.