İlhamə Quliyevadan iddialara cavab: "Adam da anasını döyər?"
Tarix: 8-02-2016, 15:58 |
Çap et
"Adam da anasını döyər? Ayıb deyil? Günah deyil? Heç Allahdan qorxmurlar".
Avropa.info xəbər verir ki, bu sözləri big.az-a "Şərəf" və "Şöhrət" ordenli xalq artisti İlhamə Quliyeva həmkarı xalq artisti Flora Kərimovanın "Özüm şahidi olmuşam ki, İlhamə anasını döyüb" fikrinə münasibət bildirərkən deyib. İlhamə Quliyeva bu söhbətlərdən təngə gəldiyini də etiraf edib:
"Mən anam öləndən bu günə kimi ağlayıram. Bir gözüm gülür, bir gözüm ağlayır. Rəhmətə gedən adamla nə işləri var axı? Flora paxıllığımı çəkir. Ona görə də qalıb nə desin..."