Tacikistanda dövlət çevrilişi çəhdi üzrə aparılan istintaq başa çatdırılıb
Tarix: 8-02-2016, 15:44 |
Çap et
Tacikistan Baş Prokurorluğunun respublikada dövlət çevrilişinə çəhdlə bağlı apardığı istintaq başa çatdırılıb. İş üzrə sənədlər baxılmaq üçün Ali Məhkəməyə göndərilib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Ölkənin baş prokuroru Səfərəli Mirzozodə deyib ki, 199 ittiham olunan cinayətkar üzrə bütün materiallar artıq Ali Məhkəmədədir. Bundan başqa, kecən il sentyabr ayındakı çevrilişdə ittiham olunan 40 şəxs barəsində əlavə olaraq beynəlxalq axtarış elan olunub.
2015 il sentyabrın 4-ü Tacikistanda dövlət cevrilişi cəhdinə ölkənin keçmiş müdafiə naziri Əbdühalim Nəzərzodə başçılıq edib. Üsyana qarşı iki həftə ərzində kecirilən əməliyyatlar zamanı 150-dən çox şəxs həbs olunub, 30 nəfər öldürülüb, qalanları isə mühafizə qüvvələrinə təslim olublar.
Tacikistanın ən böyük müxalifət partiyası İslam Dirçəlişi Partiyasının bir sıra üzvlərinə dövlət çevrilişi ittihamı irəli sürülüb. Partiya üzvləri silahlı qiyamda, dövlətə qarşı cinayətlərdə, Tacikistan Respublikasının Konstitusiya quruluşunun dəyişdirilməsində, terrorçuluqda və mütəşəkkil cinayətkarlıqda ittiham olunurlar.