Bakıda oğrular "iş başında" yaxalandılar
Tarix: 8-02-2016, 15:25 | Çap et
Bakıda oğrular "iş başında" yaxalandılar
Göradildə oğrular "iş başı"nda yaxalanıblar.

Vertikal.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, fevralın 6-da saat 2 radələrində Göradil qəsəbəsində yaşayan Bakı şəhər sakini Elmira Ağayevaya məxsus bağ evindən Baş Mühafizə İdarəsinə "həyəcan" siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn Abşeron Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən Masallı rayon sakini Qubad İbadov və paytaxt sakini, əvvəllər məhkum olunmuş Mirhəşim Seyidov saxlanılıb və Binəqədi Rayon Polis İdarsinin 4-cü Polis Bölməsinə təhvil veriliblər.

M.Seyidovun üzrərinə baxış zamanı əlcək, 1 ədəd bıçaq və 0,166 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net