Antalyaya gələn turistlərin sayı 5 dəfə azalıb
Tarix: 8-02-2016, 14:52 |
Çap et
2015-ci ilin yanvarı ilə müqayisədə Rusiyadan türk kurortlarına gələn turistlərin sayı 5,3 dəfə azalıb.
Avropa.info xəbər verir ki, Antalyanın Mədəniyyət və Turizm İdarəsinin məlumat verib. 2015-ci ilin yanvarında rus turistlərin sayı 12870 nəfər olarkən, bu ilin yanvarında bu rəqəm cəmi 2427 nəfər olub.
Turistlərin azalması təkcə rusların hesabına deyil. Keçən il ilə müqayisədə azalma 17%-dir. 117,7 mindən 97,6 min nəfərədək eniş olub. İtaliyadan gələn turistlərin sayında 47%, İsveçdən gələn turistlərin sayında 30%-dir.
Ümumilikdə, keçən ay üçün kurortlara gələn turistlərin sayı baxımından Antalya son 10 ilin ən böyük enişini yaşayır.
Rusiyanın Türkiyəyə turlar satan şirkətlərə sanksiyalar tətbiq etməsindən sonra hər ay bu ölkəyə gələn turistlərin sayı 25 min nəfərə düşüb.