İŞİD Moskvada – Əməliyyat keçirildi
Tarix: 8-02-2016, 14:48 |
Çap et
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ölkə ərazisində terror aktı planlaşdıran İŞİD üzvlərinə qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, Yekaterinburqda keçirilən əməliyyat zamanı Rusiya və Mərkəzi Asiyadan olan 7 İŞİD üzvü saxlanılıb.
Saxlanılan terrorçuların Moskva, Sankt-Peterburq və Sverdlovsk vilayətlərində terror aktı planlaşdırdığı bəlli olub. İŞİD-çilərin qaldığı yerə baxış zamanı partlayıcı maddələr, odlu silahlar və qumbaralar ələ keçirilib.
FSB dəstə rəhbərinin Rusiyaya Türkiyədən gəldiyini açıqlayıb.
Onlar barəsində “Terror aktı”, “Qanunsuz silah alveri” və “Qanunsuz partlayıcı maddə daşımaq” maddələri ilə cinayət işi açılıb.