Tayvanda dağıntıların altında sağ qalmış 8 yaşlı qız xilas edilib
Tarix: 8-02-2016, 14:46 |
Çap et
Xilasedicilər Tayvanın Taynan şəhərində 6.4 ballıq zəlzələ nəticəsində uçmuş binanın dağıntılarının altından, 60 saat keçməsinə baxmayaraq, sağ qalmış 8 yaşlı qızı xilas ediblər.
Virtualaz.org saytı “Frans Press” agentliyinə istinadən xəbər verir ki, dünən dağıntıların altından zəlzələdən 50 saat sonra bir kişi və bir qadın sağ çıxarılmışdılar.
Təxminən daha 100 nəfərin dağıntılar altında qaldığı güman edilir.
Son məlumatlara görə, binada yaşayanların 37 nəfəri təbii fəlakət nəticəsində həlak olub.