Universitetdə kütləvi ixtisarlar başladı
Tarix: 8-02-2016, 14:18 | Çap et
Universitetdə kütləvi ixtisarlar başladı
Bakı Slavyan Universitetinin (BSU )strateji inkişaf planına uyğun olaraq mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədi ilə islahatlar davam etməkdədir.

BSU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, universitetdə 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib. Ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun qurumlarda cəmlənib, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb. Ləğv olunmuş fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb.

“Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, tələbələrin təhsilinin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək”,-deyə universitetdən bildirilib.

Hazırda Universitet üzrə yaradılmış islahat-attestasiya komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyəti davam edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net