Daha bir müğənni Türkiyə şou-biznesinə qatılacaq
Tarix: 8-02-2016, 13:44 | Çap et
Daha bir müğənni Türkiyə şou-biznesinə qatılacaq
Müğənni Samir Piriyev Türkiyə şou-biznesinə qatılır.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “ATV maqazin onlarla” verilişində deyib:

“Türk şou-biznesinə qatılmaq çətin deyil. Neçə il bundan əvvəl TRT-də keçirilən festivala qatılmışdım. Mənə təkliflər gəldi ki, burada qal, oxu. Mənim Azərbaycanda toylarım, sənətim olduğundan qala bilməzdim. Yeni mahnım var, türk dilində oxumuşam. Onunla qardaş ölkədə şou aləminə qatılacam. Müəllifi Ruslan Əhmədoğludur”.

S.Piriyev Almaniyada konsert verəcəyini bildirib:

“Martın 20-də baş tutacaq. Mənlə yanaşı iranlı ifaçı da səhnəyə çıxacaq. Alman telekanallarından birində qonaq olacağıq. Gülay Zeynallı da mənlə birlikdə konsertdə olacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net