İlhamə Oksanaya əsəbiləşdi: "Şokdayam"
Tarix: 8-02-2016, 13:29 |
Çap et
Müğənni İlhamə Qasımova rəfiqəsi, rəqqasə Oksana Rəsulova ilə bağlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində rəfiqəsinin Hindistanda yeni təkliflər aldığını deyib:
“Hindistanda Oksanaya iki film təklif olunub. Baş rol olmadığı üçün hələ ki, razılaşmayıb. Mən burada saçlarımı yoluram ki, “Hə de. Sən Azərbaycanda deyilsən ki, baş rol axtarasan”. Deyir, “Yox, mən baş rol istəyirəm”. Hələ də razılıq verməyib. Mən şokdayam. Çox əsəbiləşirəm”.