United Kredit Bankın bağlanması üçün Mərkəzi Bank məhkəməyə müraciət edib. Sabah məhkəmənin keçirilməsi və bununla bağlı qərarın açıqlanması gözlənilir.
Moderator.az-ın verdiyi xəbərə görə bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Fond direktorunun sözlərinə görə, bağlanan banklarda əmanət yerləşdirən vətəndaşlar pullarını Unibankdan ala bilərlər.

