Bakıda tullantılar arasından 50-dək sənəd tapılıb
Tarix: 8-02-2016, 11:25 | Çap et
Bakıda tullantılar arasından 50-dək sənəd tapılıb
Məişət tullantıları arasından son bir həftə ərzində 50-ə yaxın müxtəlif sənədlər - 22 şəxsiyyət vəsiqəsi, 6 pasport, 1 hərbi bilet, 3 sürücülük vəsiqəsi, 3 avtomobil texniki pasportu, 13 müxtəlif bank kartı və s. tapılıb.

“Təmiz Şəhər” ASC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, tapılmış sənədlər polisə təhvil verilib.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qurumlarının paytaxtdan topladığı məişət tullantıları "Təmiz Şəhər" ASC-yə təhvil verilir. ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda həmin tullantılar çeşidlənir və təkrar emala yararlı olan materiallar (metal, kağız-karton, plastik, şüşə və s.) ümumi kütlədən ayrılır. İş prosesi zamanı bəzən tullantıların arasından müxtəlif əşyalar, o cümlədən sənədlər aşkarlanır. Onlar “Təmiz Şəhər”in əməkdaşları tərəfindən aidiyyəti qurumlara təhvil verilir.
Sənədlərini itirmiş şəxslər Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna müraciət edərək tapılmış sənədlər arasında ona aid sənədin olub-olmadığını öyrənə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net