Füzuli RİH başçısının həbsdə olan nümayəndəsinin apellyasiya şikayətinə baxılıb
Tarix: 8-02-2016, 11:22 | Çap et
Füzuli RİH başçısının həbsdə olan nümayəndəsinin apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində Füzuli rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Ş. Hacıyev yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilindən silah tapılıb. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilir. Səbail rayon Məhkəməsinin qərarı ilə Ş, Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Şikayətdə onun barəsində olan həbs-qətimkan tədbirinin ləğv edilməsi istənilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net