AB və ABŞ Suriyaya milyardlar ayırdı
Tarix: 4-02-2016, 17:52 |
Çap et
Avropa Birliyi Suriyaya 3 milyard avro ayırmağa hazırdır.
Axar.az xəbər verir ki, bunu "Suriya və regiona dəstək" adlı donor konfransında çıxışı zamanı Avropa Şurasının Prezidenti Donald Tusk söyləyib.
ABŞ Dövlət katibi Con Kerri də Vaşinqtonun Suriyaya ayıracağı yardım barədə açıqlama verib. Kerri Vaşinqtonun Suriyaya 925 milyon dollar ayıracağını bildirib.
Böyük Britaniya Baş naziri Devid Kemeron isə Londonun Suriyaya 510 milyon dollar verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, "Suriya və regiona dəstək" konfransında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.