Nura həbsdə olan İlhamı müdafiə etdi: "İnsafınız olsun"
Tarix: 4-02-2016, 17:37 |
Çap et
Müğənni Nura Suri dələduzluqda ittiham olunan və hazırda məhkumluq həyatı yaşayan aparıcı İlham Mirzəyevin müdafiəsinə qalxıb.
İlham Mirzəyevin həbsdə iflic keçirməsi xəbərini eşidən müğənni sosial şəbəkədə yazıb:
“Bu yazını gördüm və bir daha məyus oldum. İlhamın türmədə olmağına görə yox, bir vaxt onun tədbirlərində iştirak edib gözəl sözlər deyən insanların münasibəti çox təsir etdi. Türkiyədə hər hansı bir sənətçinin aparıcının başına belə bir iş gəlsəydi, hamı onu yad edərdi. Necə ki, Deniz Sekini yad edirlər, seriala belə çəkdilər onu türmədə ola-ola... Axı bu insanla çörək kəsmisiniz, verilişlərində qonaq olmusunuz. Biri büdrəyən kimi hamı üz çevirir. Yardım etmir heç kəs. Hamı qınayır, qınaq obyekti olur yıxılan... İnsanlıqdan əsər-əlamət qalıb? Hamı qaliblərin ətrafında qalmaq istəyir, uğurlu insanların ətrafına toplaşır. İnsafınız olsun, mərhəmət hissini itirməyin!”
Qeyd edək ki, həbsdə olan tanınmış aparıcı İlham Mirzəyevin iflis keçirməsi ilə bağlı məlumat yayılıb. İ.Mirzəyevin vəkili Telman Abdiyev mətbuata açıqlamasında isə aparıcının səhhətində heç bir problemin olmadığını bildirib.