Qatilə 19 il cəza verildi
Tarix: 4-02-2016, 16:51 | Çap et
Qatilə 19 il cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və Ə.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2015-ci ilin sentyabr ayının 19-da baş verib. Xəzər rayonu, Türkan qəsəbəsində qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net