"Acun Elnurdan istifadə etdi"
Tarix: 4-02-2016, 14:01 |
Çap et
Müğənni Samir Piriyev və aparıcı Cavid Gül “O səs Türkyə”nin qalibi Elnur Hüseynovdan bəhs edib.
Axşam.az-ın məlumatına görə, C.Gül “Hər şey daxil” verilişində Elnurun tənbəl olduğunu bildirib:
“Elnur getdi Türkiyədə qalib oldu, “Eurovision”a qatıldı səs saldı. Tərifləyirik, səsi möhtəşəmdir. Bəs sonra? Ona kifayət qədər imkanlar yaradıldı. Amma nə edib? Gərək Elnurun özündə həvəs olaydı”.
S.Piriyev isə Elnura kifayət qədər dəstək göstərilmədiyini iddia edib:
“Müğənnilərimiz var ki, Türkiyədə elə işlər görərlər hamının ağzı açıq qalar. Acun (Türkiyəli aparıcı, layihə rəhbəri Acun İlıcalı - red.) Elnurdan istifadə etdi. Bu yaxınlarda albomu da işıq üzü görəcək. Acundan başqa ona dəstək olan var? Ulduzların öz kaprizləri olur. Onları çəkməyə prodüser mərkəzləri olmalıdır. Məsələn, Ajda Pekkanı Moskvaya toya çağıranda deyir ki, "Səhnənin arxasında mütləq qaçış xalçası olmalıdır". Bizimkilərə bunları edən var?”.