Gürcüstanda qaz yatağının tapılmasını öz deputatları TƏKZİB ETDİ
Tarix: 4-02-2016, 13:45 | Çap et
Gürcüstanda qaz yatağının tapılmasını öz deputatları TƏKZİB ETDİ
Ötən gün Rusiya mətbuatı Amerikanın Frontera Resources şirkətinə istinadən xəbər verdi ki, Gürcüstanın Cənubi Kaxetiya bölgəsində 5 trilyon kub metr qaz ehtiyatı olan yataq kəşf edilib.

Modern.az xəbərin doğruluğu yoxlamaq və Azərbaycan-Gürcüstan qaz əməkdaşlığının gələcək perspektivi barədə məlumat yalmaq üçün Gürcüstanın iqtidardakı “Gürcü Arzusu” partiyasının deputatı Əli Məmmədovla əlaqə saxlayıb. Gürcüstanlı deputat qaz yatağının kəşf olunması ilə bağlı məlumatı təsdiqləməyib.
“Mən Gürcüstanda qaz yatağının kəşfi barədə məlumatı təsdiqləmirəm. Gürcüstan mətbuatında məsələ ilə bağlı heç bir məlumat yer almayıb”.

Əli Məmmədov Gürcüstanın Azərbaycandan qaz almaqda davam etdiyini deyib . Onun sözlərinə görə energetika naziri Kaxa Kaladzenin bu gün Bakıya edəcəyi səfər də bunun göstəricisidir.

“Energetika nazirimiz Kaxa Kaladze SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ölkə başçısı İlham Əliyevlə görüşəcək. Görüşlərdə əsas mövzu Gücrüstanın Azərbaycandan alacağı qazın həcmi olacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net