Türkiyə: “Lavrov yalan danışır”
Tarix: 4-02-2016, 13:11 |
Çap et
Yanvarın 29-da Rusiyanın Türkiyə sərhədini pozmasından sonra Ankaranın Kremlə heç bir məlumat verməməsi barədə Rusiya XİN rəhbəri Sergey Lavrovun sözləri tamamilə əsassızdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib. O, Türkiyənin lazımi məlumatları Rusiyanın Ankaradakı hərbi attaşesinə çatdırdığını bildirib:
“Türkiyənin Rusiyaya məlumat vermədiyi barədə Lavrovun sözləri əsassızdır. Hava sərhədlərimizin pozulmasından sonra Rusiyanın Ankaradakı hərbi attaşesi XİN-ə çağırılıb və lazımi məlumat verilib. Sərhədlərimizin pozulmasının davam etdirilməsi konkret nəticələrə gətirib çıxaracaq və bunun bütün məsuliyyəti Rusiyanın üzərinə düşəcək. Bu, Rusiyanın hərbi attaşesinə açıq şəkildə deyilib. Lakin biz növbəti dəfə gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasını dəstəklədiyimizi bildiririk”.
Qeyd edək ki, yanvarın 29-da Rusiyanın Su-34 bombardmançısı Türkiyənin hava sərhədlərini pozub.