Zorla pul kisəsini aldı, içindən 38 manat çıxdı
Tarix: 4-02-2016, 12:04 | Çap et
Zorla pul kisəsini aldı, içindən 38 manat çıxdı
Bakıda zor tətbiq edərək vətəndaşın pul kisəsini alan şəxs saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, fevralın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Zemfira Quliyevaya zor tətbiq edib içərisində 38 manat və 2 ədəd mobil telefon kartı olan pul kisəsini alıb.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Salyan rayon sakini Ramil Səfərov tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net