“Qazprom” Avropadan qovulur
Tarix: 4-02-2016, 11:47 | Çap et
“Qazprom” Avropadan qovulur
Avropa Birliyi “Qazprom”un Avropa şirkətləri ilə müqavilələrini tədqiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniya mətbuatı yayıb. Mətbuat AB-nin bunun vasitəsilə rus şirkətinin köhnə qitədə hökmranlığına son qoymaq istədiyini bildirib:

“Avropa Komissiyası hesab edir ki, Mərkəzi və Şərqi Avropada bu qaz nəhəngi bazardakı rəqabətin mövcudluğuna zərbə vurur. “Qazprom” xüsusilə öz qazının Avropa Birliyi ölkələri arasında satışına qadağa qoyub. Bu isə ona mavi yanacağa görə ədalətsiz qiymətlər təyin etməsinə şərait yaradır. Avropa Komissiyasının yeni araşdırması və qaydaları Şimal Axını-2 layihəsinə də təsir edəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net