AB 100 milyard itirəcək - Araşdırma
Tarix: 4-02-2016, 10:28 | Çap et
AB 100 milyard itirəcək - Araşdırma
Avropa Birliyində dövlətlərin sərhədlərinin yenidən bərpa edilməsi ümumdaxili məhsulun 100 milyard avro azalmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bu, Fransanın İqtisadi planlaşdırma üzrə dövlət agentliyinin apardığı tədqiqatdan sonra ortaya çıxıb. Agentlik Şengen zonasında sərhəd nəzarətinin bərpa edilməsinin Avropa Birliyinə turist axınını azaldacağını və ticarətin ixtisarına səbəb olacağını bildirib. Təkcə Fransanın sərhəd nəzarətini bərpa etməsi üçün 1-2 milyard avro xərclənəcəyi də vurğulanıb.

Qeyd edək ki, miqrasiya böhranı Avropa Birliyinin bəzi ölkələrinin sərhəd nəzarətinin yenidən bərpa edilməsi ilə bağlı açıqlamalarına səbəb olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net