Suriyada rusiyalı zabit həlak olub
Tarix: 4-02-2016, 09:55 | Çap et
Suriyada rusiyalı zabit həlak olub
Suriyada silahlı qruplaşmalardan birinin minomyot atəşi zamanı rusiyalı hərbçi həlak olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, hadisə fevralın 1-də Suriya ordusunun döyüş hissələrindən birində baş verib.

Adı açıqlanmayan rusiyalı hərbi məsləhətçi dövlət mükafatlarından birinə təqdim edilib.

Bundan əvvəl Suriyada Rusiya ordusunun pilotu Oleq Peşkov, onun cəsədinin axtarışını gerçəkləşdirən dəniz piyadası və 19 yaşlı hərbi qulluqçu Vadim Kostenko həlak olmuşdu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net