95 yaşında 3 il həbs yatacaq
Tarix: 2-02-2016, 12:01 | Çap et
95 yaşında 3 il həbs yatacaq
Türkiyənin Elazığ bölgəsində xanımına əsa ilə vuran 95 yaşındakı Memet Akgülə həbs cəzası verildi. İki əsa ilə zorla yeriyə bilən qoca prezidentdən əfv gözləyir.

Hafta.az cnnturk-ə istinadən bildirir ki, Mehmet Akgülün elə cəza alıb türmiyə girdiyi gün vəziyyəti pisləşib. Onu xəstəxanaya qaldırmalı olublar. Maraqlısı budur ki, onun 67 yaşındakı arvadı Mürşide Akgül də prezidentə müraciət edərək yoldaşının əfv olunmasını istəyir. Ən azından bu cəzanın ev dustaqlığına çevrilməsini xahiş edir.

Ən qəribəsi də budur ki, əslində bu hadisə 2014-cü ilin fevral ayında baş verib. Qadın şikayətçi olmasa da şahidlərin ifadəsi əsasında araşdırma başlayıb. Çox cüzi zədələnmə ilə nəticələnən bu hadisə 2 il boyunca araşdırılıb. Bu bəsit hadisənin qarma-qarışıq dedektiv olaylar kimi bu qədər uzun müddətdə araşdırılması çoxlarında təəccüb doğurub.

Beləliklə məhkəmə 95 yaşlı qocaya 3 il 1 ay 15 gün həbs cəzası verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net