Tovuzda avtomobil aşıb, sürücü ölüb
Tarix: 2-02-2016, 11:51 |
Çap et
Tovuz rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb. Çeşməli kənd sakini, 1963-cü il təvəllüdlü İsmayıl Məhərrəmov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın çökəkliyə aşıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.