Rüşvət alan neft şirkəti rəhbəri həbs olunacaq
Tarix: 2-02-2016, 09:37 | Çap et
Rüşvət alan neft şirkəti rəhbəri həbs olunacaq
Braziliyanın neft şirkəti “Petrobras”ın sabiq baş direktoru Xorxe Zeladaya 12 il müddətində həbs cəzası verilib. ANS PRESS-in məlumatına görə, Xorxe Zelada rüşvətxorluqda və çirkli pulların yuyulmasında ittiham olunur. Şirkətin sabiq rəsmisi ötən ilin iyul ayında Kuritiba şəhərində saxlanılmışdı. Onunla yanaşı, şirkətin sabiq meneceri Eduardu Koşta Musa və digər 2 nəfər də həbs olunub.

Xorxe Zelada və Eduardu Koşta Musa 30 milyon dollar məbləğində rüşvət alıblar. Bu pullar onların 2009-cu ildə Vantaj Burğu Korporasiyası ilə müqaviləyə üstünlük verməsi üçün ödənilib.

Zeladanın vəkili məhkəmənin qərarına qarşı apelyasiya şikayəti verəcəklərini bildirib.

İttihamlarla əlaqədar artıq iki ildir ki, istintaq gedir. İndiyə qədər, ümumilikdə, 100-dən çox şübhəli həbs olunub. Onların arasında siyasətçilər də var.

Hətta, prezident Dilma Russefin də rüşvətxorluqda adı hallanırdı, lakin daha sonra onun cinayətdə əli olmadığı müəyyən edildi.

Korrupsiya skandalı “Petrobras” şirkətinə 16 milyard dollar məbləğində ziyan vurub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net