"Suriya böhranının hərbi həlli yoxdur"
Tarix: 1-02-2016, 17:36 | Çap et
"Suriya böhranının hərbi həlli yoxdur"
Sonda Suriya münaqişəsinin hərbi həlli yolu yoxdur.

Danışıqlar olmasa qantökülməsi Sonuncu Suriya şəhərinin xarabalığa cevrilməsinədək davam edəcək və praktiki olaraq hər bir ev, infrastruktur və sivilizasiya məhv ediləcək ki, bu döyüşə cəlb edilmiş terrorçuların artmasına səbəb olacaq.

Bunu Suriya ilə bağlı sülh danışıqlarına münasibət bildirirəkən ABŞ Dövlət katibi John Kerry bəyan edib.

O qeyd edib ki, əgər münaqişə nəzarətdən çıxsa asanlıqla bütün regiona yayılacaq.

Qeyd edək ki, Cenevrədə Suriya ilə bağlı sülh danışıqları aparılır.

Suriyanın əsas müxalifət qrupu olan Ali Danışıq Komitəsi danışıqlara başlamamışdan müsbət dəyişiklik görmək istədiyini xəbərdarlıq edib.

Dəməşq nümayəndə heyətinin rəhbəri Bashar al-Jaafari isə bu qrupun danışıqlara ciddi yanaşmadığını deyib.

Amma BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura hər iki tərəflə ayrıca danışıqlar apardığını və nikbin olduğunu bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net