Deputatdan daha 4 mühüm təklif
Tarix: 1-02-2016, 17:23 |
Çap et
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə daha bir neçə vacib qanun layihəsi təklifi ilə çıxış edib.
Axar.az xəbər verir ki, millət vəkili ictimai yerlərdə siqaret çəkilməsinin və 18 yaşına çatmayanlara siqaret satılmasının qadağan edilməsi ilə bağlı məsələnin işləməməsindən narahatlğıını ifadə edib.
Eyni zamanda, deputat tərəfindən Reproduktiv Sağlamlıq haqqında qanun layihəsinin müzakirəsinin vacibliyi də vurğulanıb:
“Qanun layihəsində 10 ilə yaxın övladı olmayan ailələr üçün süni mayalanma əməliyyatının bir dəfə dövlət tərəfindən maliyyələşdirilməsi öz əksini tapır. Bu müddətin 7-8 ilə azaldılmasını təklif edirəm”.
Millət vəkili deyib ki, qısa zamanda təhsil kreditləri ilə bağlı məsələ öz həllini tapmalıdır.
“İctimai nəzarət haqqında” qanun layihəsinə toxunan Qənirə Paşayeva bu məsələ ilə bağlı dövlət qurumları üzərinə böyük vəzifə düşdüyünü bildirib:
“Dövlət qurumları ictimai nəzarətin artması istiqamətində böyük önəm daşıyan ictimai şuraların yaradılmasına ciddi önəm verməlidir. Prezident çıxışlarında əhalini ictimai nəzarətə çağırıb və bu çox önəmli məsələdir”.