MTRŞ: Telekanallar yeni çəkilən filmləri əldə edə bilmirlər
Tarix: 1-02-2016, 17:10 | Çap et
MTRŞ: Telekanallar yeni çəkilən filmləri əldə edə bilmirlər
“Bu gün telekanalların əlində olan Azərbaycan filmlərinin sayı azdır. Məhz bu amilə görə bəzən hər hansı bir tarixi gündə telekanallarda yayımlanan filmlər üst-üstə düşür”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, müəyyən tarixi günləri özündə əks etdirən bədii filmlər bəzən bir neçə telekanalda eyni vaxtda nümayiş olunur: “Şura olaraq biz də istərdik ki, telekanalların ehtiyatında Azərbaycanda istehsal olunan filmlərin sayı çox olsun və telekanallar mütəmadi olaraq eyni filmləri təkrar yayımlamasınlar”.

T. Dadaşov qeyd edib ki, bu sahədə müəyyən problemlər var: “Bildiyiniz kimi, Kinorejissorlar Gildiyası istər Sovet, istərsə də müstəqillik dövründə Azərbaycanda çəkilən bədii filmlərlə bağlı müəyyən məbləğ müəyyənləşdirib. Həmin məbləğ yeni filmlər alınarkən yayımçılar tərəfindən Gildiyanın hesabına köçürülməlidir. Həmin məbləğsə, kanallar üçün böyükdür. Buna görə də telekanallar yeni çəkilən filmləri əldə edə bilmirlər və nəticədə məcbur olub əllərində olan köhnə filmləri nümayiş etdirirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net