Rusiya Ərdoğanın Putindən görüş istədiyini təsdiqlədi
Tarix: 1-02-2016, 14:33 |
Çap et
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkə başçısına Rəcəb Tayyip Ərdoğanın görüşmək istəməsi barədə məruzə olunduğunu təsdiqləyib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov Putinin bu təklifə hansı reaksiyanı verdiyini jurnalistlərə açıqlamaqdan imtina edib.
Ərdoğan yanvarın 30-da Rusiyanın Su-34 təyyarəsinin növbəti dəfə Türkiyə ilə hava sərhədlərini pozmasından sonra Putinlə görüşəmk istədiyini və bu barədə təklifinin Xarici İşlər Nazirliyi xətti ilə Moskvaya çatdırıldığını deyib.
Rusiya tərəfi isə Türkiyənin ittihamlarını əsassız adlandırmışdı.