Amurla Timurun dostluğu sona çatdı - Timurun faciəvi sonu
Tarix: 1-02-2016, 14:19 |
Çap et
Rusiyada bir müddət əvvəl heyvanxanalardan birində yem olaraq pələngin qarşısına atılan keçi bütün dünyanın marağını səbəb olmuşdu.
Avropa.info xəbər verir ki, Amur pələngi ilə dost olan Timur adlı təkə arasında yaranan gərginlik faciə ilə sona çatmaq ərəfəsində olub.
Heyvanxanadan verilən məlumata görə eyni qəfəsdə dostcasına yaşayan iki heyvan arasında ikinci dəfə yanlış anlaşılma yaşanıb.
Vladivostokda yerləşən heyvanxanadakı Amur pələnginin keçini pəncəsi ilə vurması nəticəsində Timur ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Pələngin keçini vurmasına səbəb isə onun Amur pələnginə kəllə atması olub.
Heyvanxana rəhbərliyi iki heyvan arasında daha əvvəl də buna bənzər bir hadisənin baş verdiyini, amma keçən dəfəki hadisə zamanı keçinin yüngül xəsarətlə canını qurtara bildiyini açıqlayıb.
Xatırladaq ki, yaxşı yola gedən iki heyvanın dostluğu internetdə qısa müddət ərzində hamının marağına səbəb olmuşdu. Yerli və xarici turistlər, ikilinin dostluğunu görmək üçün sözügedən heyvanxanaya axın edirdilər.