Türkiyədə Rusiya yükdaşıyıcılarının icazə müddəti başa çatıb
Tarix: 1-02-2016, 13:19 | Çap et
Türkiyədə Rusiya yükdaşıyıcılarının icazə müddəti başa çatıb
Türkiyə ərazisində Rusiya avtonəqliyyatları vasitəsilə yükdaşınması artıq mümkün olmayacaq.

TASS agentliyi xəbər verir ki, buna səbəb tərəflər arasındakı müvafiq razılaşmanın 31 yanvar 2016-cı il tarixində başa çatmasıdır.

"Bu günə qədər Türkiyə tərəfi ilə 2016-cı il üçün icazələr kvotası razılaşdırılmayıb. Hazırdan Rusiya Nəqliyyat Nazirliyi məsələnin həlli üçün tədbirlər görür. Artıq Türkiyə tərəfinə qarşılıqlı icazə ilə bağlı təklif göndərilib", - Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının məlumatında belə deyilir. (“Report”)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net