Ağcabədi sakininin avtomobilində 1 tondan çox at əti aşkar edilib
Tarix: 1-02-2016, 13:17 |
Çap et
Ağcabədi rayon sakininin avtomobilində at əti aşkar edilib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi “Ford” markalı avtomobil saxlanılıb.
Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.