“Təhsil kreditləri” haqqında qanun layihəsinin qəbuluna mane olurlar”
Tarix: 1-02-2016, 13:09 |
Çap et
Milli Məclisin iclasında deputat Əli Məsimli təhsil sisteminin köklü dəyişilməsinin vacibliyini vurğulayıb.
Modern.az-ın xəbərinə görə, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi barədə danışan deputat qeyd edib ki, təhsil bağçalardan başlayıb, yuxarı pillərdə yüksək səviyyədə davam etdirilməlidir.
“Bu gün təhsildə yüksək nəticə göstərib, müəllim yanına getmədən yuxarı bal toplayan gənclər ali məktəblərə ödənişli əsaslarla qəbul olunanda təhsil haqqını ödəyə bilmədiyi üçün kənarda qalır. “Təhsil kreditləri” haqqında qanun layihəsi var, lakin bunun qəbuluna mane olurlar.
Biz onun müəlliflik hüququndan da imtina edirik, amma bu qanun layihəsi qəbul olunsun. Təhsil Strategiyası qəbul olunub, orada təhsil kreditləri məsələsi qoyulub. Amma nazirlik bunu diqqətə almaq əvəzinə məsələni gecikdirir”.