Türkiyə Diyarbəkirdə daha 2 şəhid verib
Tarix: 1-02-2016, 12:56 |
Çap et
Türkiyə Silahlı Qüvvələri daha 2 şəhid verib. Lent.az sözcü-yə istinadən xəbər verir ki, bu gün Diyarbakırın Sur rayonunda PKK silahlılarına qarşı həyata keçirilən əməliyyatlar zamanı 3 hərbçi və 2 polis yaralanıb. Xəstəxanaya aparılan hərbçilərdən ikisi həkimlərin müdaxiləsinə baxmayaraq, şəhid olub.
Qeyd edək ki, dünən Şırnakın Cizrə rayonunda əməliyyat zamanı 3 xüsusi təyinatlı şəhid olmuşdu.