“Narkoman damğası ilə gəzirəm”
Tarix: 1-02-2016, 12:37 | Çap et
“Narkoman damğası ilə gəzirəm”
Hər kəs məni narkoman, alfons kimi tanıyır.

Axar.az xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev tez-tez haqqında çıxan şayiələr haqda danışarkən deyib. O, çətin adam olduğunu bildirib:

“Deyim ki, mən qadına qarşı bərkəm, yəni möhkəm kişilər qrupuna aidəm. Mənimlə ailə qurmaq çətindir. “Bəyaz həyat” filmi efirə gedəndən bəri “narkoman” damğası ilə gəzirəm. Heç bilmirdim ki, narkotik nə olan şeydir. Yolda yüz dəfə polis saxlayıb, məni yoxlayırdı”.

Xatırladaq ki, Aqil M.Quliyev 2003-cü ildə lentə alınan “Bəyaz həyat” filmində narkotik istifadəçisi olan Zaur obrazını canlandırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net