Parlamentin iki komissiyasının üzvləri təsdiqləndi
Tarix: 1-02-2016, 12:26 |
Çap et
Milli Məclisin iclası davam edir.
Modern.az xəbər verir ki, ilk olaraq parlamentin İntizam və Hesablayıcı komissiyalarının üzvləri yenidən təsdiq edilib.
İntizam komissiyasına Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehpalıyev, Fazil Mustafa, Kamran Nəbizadə üzv kimi təsdiq ediliblər.
Hesablayıcı Komissiyasının tərkibisi isə belədir: Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Mixail Zabelin.