“ATƏT-dən imtina çətin bir iş deyil”
Tarix: 1-02-2016, 11:01 | Çap et
“ATƏT-dən imtina çətin bir iş deyil”
Azərbaycan tərəfi artıq bir neçə ildir ki, ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqesizliyindən şikayətçi olduğu bildirilir. Strasburqda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı növbəti qərəzli mövqe və Ermənistanın təmas xəttində əsas təxribatçı olduğunu təsdiqləməməsi bir məsələni yenidən gündəmə gətirdi; Azərbaycan niyə ATƏT-in “missiyasından” imtina etmir?

Azərbaycan ATƏT-in səmərəsiz fəaliyyətlərinə və hazırki status-kvonun uzadılmasına nə qədər dözməlidir? Rəsmi Bakı ATƏT-in münaqişəni sülh prosesini ləngitməkdə günahlandırıb onun fəaliyyətindən imtina edərsə ölkəmizi nə gözləyə bilər?

Hafta.az-ın verdiyi xəbərə görə, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etmək çətin bir iş deyil. Ekspert hesab edir ki, çətinlik isə bu qərardan sonra yaranacaq:

“Çünki imtina halında masadan qalxan tərəf olacağıq. Bizim qərarın əksinə olaraq isə İrəvan Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən razı qaldığını bəyan edəcək və beynəlxalq aləmdə özünü “sülhpərvər” kimi sırımağa çalışacaq və istədiyi nəticəni əldə edəcək. Onsuz da həmsədrlər illərdir işğalla bağlı status-kvonu qoruyurlar. Bu da Ermənistanın xeyrinədir. Bilməliyik ki, həmsədrlərdən imtinamız sülh danışıqlarının nəticə vermədiyi və bizim güc yoluna hazırlaşdığımız mənasını verəcək. Əgər Avrasiya bölgəsində indiki gərgin geosiyasi durumda, böyük enerji və tranzit layihələrini reallaşdırmağa çalışdığımız dövrdə müharibəyə hazırıqsa, onda Allah bizə qüvvət versin! Yox əgər hələ buna hazır deyiliksə, onda uzun illər həmsədrlərə dözməliyik. Çünki, həmsədrləri - ABŞ, Fransa və Rusiyanı danışıqlardan uzaqlaşdırmaq imkanımız xaricindədir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net