Rus döyüş gəmiləri Türkiyə sahillərində
Tarix: 1-02-2016, 09:54 |
Çap et
Rusiya donanmasına məxsus döyüş gəmiləri Dardanel boğazından keçib.
Axar.az xəbər verir ki, "Azov" gəmisi ilə "Minsk" gəmisi Dardanel boğazından keçərək, Mərmərə dənizinə doğru istiqamətlənib.
Rusiyanın döyüş gəmilərini Türkiyənin Sahil Mühafizə Xidməti müşayiət edib.
Qeyd edək ki, ötən ilin noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında vəziyyət gərginləşib. Rusiya yanvarın 29-da Türkiyənin hava məkanını növbəti dəfə pozub.