Neft və dolların bu günə olan qiyməti
Tarix: 1-02-2016, 09:26 |
Çap et
Dünya bazarlarında neftin qiymətində bahalaşma davam edir.
Vertikal.az anspress-ə istinadən xəbər verir ki, ötən həftə sonu 34.74 dollar olan “Brent” markalı neftin qiyməti bahalaşaraq 35.55 dollar olub.
“WTI” neftində isə ucuzlaşma müşahidə olunub. Ötən həftə sonu 33.62 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 33.27 dollarda qərarlaşıb.
Ötən həftə sonu “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1,59 dollar bahalaşaraq 35,98 dollar təşkil edib.
Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,95 dollardır. Platinin 1 qramı 28.00 dollar, palladiumun 1 qramı isə 16.13 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Ötən həftə sonu AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6008 səviyyəsində olub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7495 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0210 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2997 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5397 AZN müəyyənləşib.
AMB-dən verilən məlumata görə, bu günə USD/AZN rəsmi məzənnəsi 1,5972 səviyyəsində müəyyən olunub.