Yunanıstanın XİN başçısı fevralın 3-də Bakıya gələcək
Tarix: 27-01-2016, 16:26 |
Çap et
Yunanıstanın xarici işlər naziri Nikos Kosias 3-4 fevral tarixlərində Bakıda səfərdə olacaq. Bu barədə eksklüziv olaraq “Həftə içi”nə məlumatı Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas verib. Səfir əlavə edib ki, XİN başçısının səfəri ölkələr arasında hərtərəfli əlaqələri daha da genişləndirəcək.
Səfirin sözlərinə görə, səfər zamanı müxtəlif sferalarda əlaqələrin inkişaf etdirilməsinə dair danışıqlar aparılsa da, hər hansı müqavilənin imzalanacağı gözlənilmir.
Xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov ötən il sentyabrın 27-də Nyu-Yorkda yunanıstanlı həmkarı N.Kotziasla görüş zamanı onu Azərbaycana dəvət edib və dəvət razılıqla qarşılanıb.